"Perseverance" Mars səthində ilk məsafələrini qət edib

 07:35 06.03.2021     41

ABŞ-ın "Perseverance" (Əzmkarlıq) planet roveri enişdən sonra ilk dəfə Marsın səthinə kiçik məsafəni qət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Milli Aviasiya və Kosmik İdarəsinin (NASA) rəsmiləri brifinqdə deyib.

"Martın 4-ü günortadan sonra Marsda ilk səyahətimizi etdik", - layihənin menecer müavini Robert Hoqq deyib. Ümumilikdə cihaz təxminən 6,5 m məsafə qət edib.

NASA mütəxəssisləri Marsın səthindən nümunələrini götürmək üçün müxtəlif elmi cihaz və alətlərin quraşdırıldığı manipulyatoru da sınaqdan keçiriblər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928365.html