"Mançester Siti" Qosenslə maraqlanır

 07:45 06.03.2021     44

İngiltərənin "Mançester Siti" futbol klubu İtaliyanın "Atalanta" komandasının müdafiəçisi Robin Qosensi almaqda maraqlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, ingilis klubu artıq yayda 26 yaşlı almanın transferi ilə bağlı danışıqlara başlamağa hazırdır. "Transfermarkt" portalına görə, Qosensin dəyərinin 28 milyon avro olduğu təxmin edilir.

Alman futbolçusu 2017-ci ildən "Atalanta"da oynayır. Bu mövsüm idmançı müxtəlif turnirlərdə 31 matç keçirib, 10 qol vurub və altı faydalı ötürmə edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/928366.html