Dünyaca məşhur müğənni ərindən boşandı - FOTO

 07:46 06.03.2021     52

Bütün dünyada çox sayda pərəstişkara sahib olan britaniyalı müğənni Adel ərindən boşanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bundan sonra ayrılıq haqqında nəğmələr oxumayacağına söz verib.

İfaçı və onun keçmiş həyat yoldaşı, iş adamı Saymon Konekki aralarındakı bütün əmlak mübahisələrini həll ediblər.

Qeyd edək ki, cütlüyün Ancelo adlı oğulları var.

Xatırladaq ki, Adel 2017-ci ilin mart ayında ailə qurub. Toy mərasimi Los-Ancelesdəki şəxsi iqamətgahda baş tutub. Cütlük arasındakı münasibətlər 2019-cu ilin əvvəllindən pisləşib. Məhz bu tarixdən etibarən, onlar ayrılıqda yaşamağı qərara alıblar.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/928388.html