Övladını boğaraq öldürən ana daha sonra özünə qəsd etdi

 07:48 06.03.2021     45

Rusiyanın Tatarıstan Respublikasında oğlunu qətlə yetirən ana daha sonra özünə qəsd edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Tatarıstan Respublikasının İstintaq Komitəsi məlumat yayıb.

Hadisə ana və övladının yaşadığı mənzildə baş verib.

Qeyd olunur ki, altı yaşında olan uşağın boğazında zorakılıq izləri aşkar edilib.

38 yaşlı qadının və övladının cəsədlərinin üzərində tibbi ekspertizanın aparıldığı bildirilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928385.html