Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır

 07:55 06.03.2021     44

ABŞ prezidenti Cozef Bayden xaricdə hərbi gücün istifadəsi siyasətinin yenilənməsinin zəruriliyi ilə razılaşır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Bununla birgə C.Psaki guman edir ki, C.Baydenin əmri ilə Suriyadakı son zərbələr amerikan qanunveriliciyi baxımından leqal şəkildə həyata keçirilib.

Xatırladaq ki, ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini prezidentə deyil, Konqresə verir. Eyni zamanda, dövlət başçısı daha sonra qəbul edilən bir sıra qanunlara görə, bu barədə Konqresi xəbərdar etmək şərti ilə xaricdə hərbi güc tətbiq olunmasına göstəriş verə bilər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928367.html