Yeni Zelandiya sahillərində üçüncü güclü zəlzələ

 08:03 06.03.2021     44

Yeni Zelandiya sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri 34 min əhalisi olan Gisborn şəhərindən 176 kilometr şimal-şərqdə, ocağı 9,2 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, martın 5-də Sakit Okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek Arxipelaqı sahillərində 8, martın 4-də isə 7,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928368.html