Dünyada son sutkada koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 425 675 nəfər koronavirusa yoluxub, 9 561 nəfər ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 115 289 961 yoluxma hadisəsi, 2 564 560 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Avropanın (178 102) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (173 607) ilə Cənub-Şərqi Asiya (35 508) bölüşür.
Milli.Az
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928376.html