“Microsoft Edge” brauzerinin klassik versiyasının dəstəyi dayandırılır

 08:15 06.03.2021     53

"Microsoft" korporasiyası martın 9-da klassik "Edge" brauzerini deaktiv edəcək. Bu haqda şirkətin materiallarına istinadən "ITHome" resursu məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, jurnalistlər "Microsoft"un dəstək xidmətinin nümayəndələrinin müraciətinə diqqət yetiriblər. Müraciətdə deyilir ki, "Windows" əməliyyat sistemi üçün yeni yeniləmə paketinin quraşdırılmasından sonra "Edge" brauzerinin köhnə versiyası sistemdən silinəcək. 13 aprel tarixindən yayılmağa başlanacaq yeniləmənin quraşdırılmasından sonra artıq "Edge" brauzerinin klassik versiyasından istifadə etmək mümkün olmayacaq.

Həmçinin korporasiyanın nümayəndələri brauzerin klassik versiyasına dəstəyin dayandırılması müddətini açıqlayıblar. 9 mart tarixindən etibarən brauzer təhlükəsizlik yeniləmələri daxil olmaqla yeniləmələr almayacaq.

Yeni "Edge" brauzeri daha yaxşı təhlükəsizliyi və "Microsoft"un ekosistemi ilə uyğunluğu təmin edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/928351.html