Bayden İran əleyhinə sanksiyaları 1 il müddətinə uzadıb

 08:22 06.03.2021     42

ABŞ Prezidenti Cozef Bayden İrana qarşı 1995-ci ildə Bill Klinton rəhbərliyi dövründə tətbiq edilən sanksiyaları daha bir il müddətinə uzatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin press-relizində deyilir.

C.Bayden artıq ölkə Konqresinəə 1995-ci ildə İrana qarşı "fövqəladə vəziyyət" rejimini bir il uzatdığına dair bildiriş göndərib.

Bildiriş ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal reyestrdə dərc ediləcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928391.html