Azərbaycan iqtisadiyyatı bu il 2% artacaq - BVF

 08:23 06.03.2021     40

Hazırda Azərbaycan iqtisadiyyatının builki artımını, oktyabrda proqnozlaşdırdığımız kimi, 2% səviyyəsində olacağını gözləyirik.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Natalya Tamirisa deyib.

O əlavə edib ki, Fond Azərbaycanda 2021-ci ildə inflyasiyanın 3,1% səviyyəsində olacağını proqnozlaşdırır.

Ölkə üzrə missiyanın rəhbəri onu da qeyd edib ki, cari il üzrə yenilənmiş proqnozlar aprel ayında BVF-nin "World Economic Outlook" adlı hesabatında açıqlanacaq.

Xatırladaq ki, "S&P Global Ratings" reytinq agentliyi bu il Azərbaycanda ÜDM-in 2,1%, Dünya Bankı - 1,9%, BMT - 2%, "Moody's Investors Service" isə 4% artacağını proqnozlaşdırır. 2020-ci ildə ölkədə ÜDM istehsalı 4,3% azalıb, inflyasiya isə 2,8% səviyyəsində olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/928372.html