Baydendən İranla bağlı kritik qərar

ABŞ Prezidenti Cozef Bayden 1995-ci ildə Bill Klinton administrasiyası zamanı İran əleyhinə tətbiq edilmiş sanksiyalar rejiminin müddətini 1 il müddətinə artırıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı press-relizdə deyilir.
Bayden 1995-ci ildə elan edilmiş İran barəsində "fövqəladə vəziyyət"in müddətini növbəti ilə qədər uzatması ilə bağlı Konqresə bildiriş göndərib.
Bildiriş federal reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər toplusunda dərc ediləcək.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/348691.html