Bakıda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb - SİYAHI

 08:33 06.03.2021     43

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesində baş verib.

Belə ki, şossedə iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1992-ci il təvəllüdlü Mədinə Nəsirova, 1995-ci il təvəllüdlü Elvin Məmmədov, 1980-ci il təvəllüdlü Vəfa Əliyeva, 1986-ci il təvəllüdlü Elvin İsmayılov, 1985-ci il təvəllüdlü İlham Şükürov və 16 yaşlı Elgün Məmmədov müxtəlif bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdirilib. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

Fakt Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/928373.html