Ukraynanın sabiq prezidenti: Rusiya belə etsə...

 08:54 06.03.2021     43

Rusiya Donbasda sülh istəmir. Bu ölkə situasiyanın olduğu kimi qalmasına çalışır.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.

O, Rusiyanın Donbas münaqişəsində özünü tərəf kimi görməyəcəyi təqdirdə radikal addımlar atılacağını bildirib:

“Əgər Rusiya gələcəkdə münaqişədə özünü tərəf olaraq görməzsə, müşahidəçi elan edərsə və danışıqlarımızı pozmaq üçün səbəblər axtararsa, o zaman situasiyanın dalanda olduğunu söyləyə bilərik. Bu vəziyyəti dəyişmək üçün isə radikal addımlar gərəkli olacaq. Bax, elə indi bizim nümayəndə heyəti hansı təkliflərin irəli sürülməsi barədə düşünür”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/348696.html