Bakı sakinini yaşadığı evin yaxınlığında maşın vurub

 08:53 06.03.2021     37

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1961-ci il təvəllüdlü Sərdarov Dilşad Sadiq oğlu yaşadığı evin yaxınlığında küçə ilə hərəkətdə olan zaman onu minik avtomobili vurub.

Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/928375.html