Diplomatların Qubadlı və Laçına səfəri təşkil edildi

 09:05 06.03.2021     51

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib.

Publika.az xəbər verir ki, onlar bu gün Qubadlı və Laçın rayonlarında olacaqlar.

Səfərdə xarici ölkələrin Azərbaycandakı səfirləri, səfirliklərin nümayəndələri, hərbi attaşelər və digərləri, ümumilikdə 100-dən artıq şəxs iştirak edir. Həmçinin nüfuzlu beynəlxalq media qurumlarının əməkdaşlarının səfərdə iştirakı da təmin olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/348698.html