Bakıda avtoyuma məntəqəsində yanğın olub

 21:34 07.03.2021     60

Bakı şəhərinin Nəsimi rayonunda avtoyuma məntəqəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 30 m² olan avtoyuma məntəqəsinin içərisində taxta konstruksiyadan ibarət köməkçi otaq 5 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.

Avtoyuma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/928795.html