"Liverpul" evdə autsayderə uduzdu

 21:43 07.03.2021     67

İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Liverpul" doğma meydanda "Fulhem"i qəbul edib. "Mersisaydlılar" autsayderə 0:1 hesabı ilə uduzub. Görüşdə yeganə qolu 45-ci dəqiqədə Mario Lemina vurub.

Bu, son çempionun ev matçlarında ardıcıl 6-cı məğlubiyyəti olub. Belə göstərici ilə "qırmızılar" öz anti-rekordunu yeniləyib.

Qeyd edək ki, "Liverpul" turnir cədvəlində 43 xalla 7-ci, "Fulhem" isə 26 xalla 18-cidir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/928799.html