"Bayraktar TB-2" yenə OD ƏLƏYİR: Hədəf yüksək dəqiqliklə MƏHV EDİLDİ

 21:51 07.03.2021     78

Türkiyədə "Mavi Vatan 2021" hərbi təlimində "Bayraktar TB-2" silahlı insansız hava aparatından (SİHA) ən uzunmənzili atış həyata keçirilib.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu dəfə "MAM-L" raketləri ilə silahlanan "Bayraktar TB-2" hədəfi yüksək dəqiqliklə məhv edib.

Türkiyə Müdafiə Nazirliyi təlim çərçivəsində rekorda imza atıldığını açıqlayıb.

Türkiyə Dəniz Qüvvələrinin arsenalına daxil edilən "MAM-L" raketləri lazer izləyici qurğulara sahibdir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928805.html