Allah yolunun talibləri üçün İmam Sadiqdən (ə) 9 qızıl nəsihət

 22:10 07.03.2021     65

Şeyx Şəmsəddin Muhəmməd ibni Məki nəql edir: "İmam Sadiqə (ə) dedim ki, mənə tövsiyələr və nəsihətlər versin.

İmam (ə) buyurdu: "Sənə 9 şeyi tövsiyə edirəm ki, bunlar Allah Təala yolunun talibləri üçündür. Allahdan istəyirəm ki, sənə onları həyata keçirtmək tövfiqi versin. Bu 9 şeydən üçü nəfsin islahına aiddir. 3 şey səbrə və 3 şey də elmə aiddir.

Bunları öyrən və zinhar ki, onları dəyərsiz hesab edəsən.

O üç şey ki, nəfsin islahına aiddir, ibarətdirlər:

1. O şey ki, ona iştahan və meylin yoxdur - onu yeməkdən çəkin. Çünki, bu iş axmaqlıq yaradar.

2. O zamana qədər ki, ac deyilsən - yemək yemə.

3. Nə zaman yemək yesən- halal yemək ye və Allahın adını çək.

O üç şey ki, səbrə aiddir, bunlardır:

1. O zaman ki, kimsə sənə desə ki, əgər bir söz desən, on dənə eşidəcəksən, cavabında de: əgər on dənə desən, bir dənə belə, eşitməyəcəksən.

2. Əgər kimsə sənə söyüş söyərsə, ona de: Əgər dediklərin doğrudursa, Allahdan istəyirəm ki, məni bağışlasın. Əgər yalan olarsa, Allahdan istəyirəm ki, səni bağışlasın.

3. Əgər kimsə sənə çirkin söz deyərsə, sən ona nəsihət ver və yol göstər.

O üç şey ki, elmə aiddir, bunlardır:

1. O şeyi ki, bilmirsən, alimlərdən soruş və zinhar ki, dalaşmaqla onlardan bir şey soruşasan.

2. Zinhar ki, öz rəyinlə bir iş görəsən və işlərində o yerə qədər ki, mümkündür - ehtiyata əməl et.

3. Fətva verməkdən çəkin, necə ki, şirdən qaçırsan. Boynunu insanlar üçün körpü qərar vermə"".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/926590.html