Bakıda avtoyuma məntəqəsində yanğın

 22:13 07.03.2021     65

Bakı şəhərinin Nəsimi rayonunda avtoyuma məntəqəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, ümumi sahəsi 30 m² olan avtoyuma məntəqəsinin içərisində taxta konstruksiyadan ibarət köməkçi otaq 5 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.

Avtoyuma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/348852.html