DİN quş ətinin satışını qadağan edib? - Açıqlama

 22:42 07.03.2021     69

Sosial şəbəkələrdə İmişli rayonunda polisin qeyri-rəsmi göstərişlə quş əti və digər quşçuluq məhsullarının satışını dayandırması ilə bağlı məlumatlar yayılıb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, DİN-dən bildirilib ki, quş qripi ilə əlaqədar rayonda quş əti və digər quşçuluq məhsullarının satışı ilə bağlı məhdudiyyət tətbiq olunmur. Yalnız mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsulların nəzərdə tutulmayan yerlərdə satışına icazə verilmir:

“Tövsiyə edirik ki, quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan şəxslər quş qripi xəstəliyi ilə əlaqədar diqqətli və məsuliyyətli olsunlar, mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/543208.html