Qüssə, dağı suya çevirər – qəm və qüssə ilə bağlı zərb-məsəllər

 23:10 07.03.2021     68

Nəfs və bədən o qədər bir-biri ilə rabitədədir ki, hər birinin yaxşı və pisi bir-birinə təsir qoyur.

Nəticədə insan nəfsi bədənin halının təsiri altına düşür. O kəs ki, qəmgin və nigarandır - istər-istəməz bu hal bədəninə təsir edəcəkdir. Cismini etidal haldan çıxardacaqdır.

Dünya işlərinə görə qəm və qüssə yemək - birmənalı olaraq, bəyənilməzdir.

Qəm yeməklə bağlı zərb-məsəllərə diqqət edək:

Qüssə, insanı suya çevirər.

Qüssə, dağı suya çevirər.

Çoxlu qəm yemə ki, o kəs ki, qəm yeyər - ağlı az olar.

Qəlbini qəmə vermə ki, ruhunu azaltmasın. Hamısını şadlığa ver ki, bədəni sağlam etsin.

Ölər o kəs ki, matəmdə əyləşməz.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/926591.html