Fransada helikopter qəzası: Milyarder deputat öldü

 23:18 07.03.2021     66

Fransanın Normandiya ərazisində helikopter qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, helikopter Tuk kommunası ərazisində yerə çırpılıb.

Hadisə nəticəsində Fransa Milli Məclisinin deputatı, milyarder 60 yaşlı Olivye Dasso və helikopterin pilotu həlak olub.

Fransa Prezidenti Emmanuel Makron həlak olanların ailələrinə başsağlığı verib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/543214.html