Cem Yılmazın evi yandı - Video

 23:31 07.03.2021     87

Məşhur türkiyəli stəndapçı, aktyor Cem Yılmaz Beşiktaşdakı evində aparılan təmir işləri zamanı yanğın baş verib.

Axar.az xəbər verir ki, aktyor özü avtomobilindəki yanğınsöndürmə balonu ilə yanğını söndürməyə çalışsa da buna nail ola bilməyib.

Qısa zamanda əraziyə gələn yanğınsöndürənlər hadisənin qarşısını ala bilib.

“Evdəydim. Yanğın generatordan başladı. Ustalar işləyir. Hər hansı problem yoxdur”, - deyə aktyor jurnalistlərə açıqlamasında bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/543218.html