Dünya silah bazarında İDDİALI GÜC: Türkiyə daha bir müştəri qazandı

 23:49 07.03.2021     65

Son illərdə Türkiyə Respublikası dünya silah bazarında iddialı gücə çevrilib.

Publika.az xəbər verir ki, Türk Müdafiə Sənayesinin istehsalı olan əvəzedilməz silahlara olan maraq bu bazarda böyük alıcı kütləsi formalaşdıra bilib.

Son məlumata görə, Banqladeş Türkiyədən "TRG-300 KAPLAN" çoxmənzilli raket sistemlərini alacağını açıqlayıb. Bu barədə Banqladeş Baş qərargah rəisi General Aziz Ahmed məlumat verib.

Bildirilib ki, yaxın vaxtlarda Türkiyənin "Roketsan" müdafiə sənayesi şirkəti ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, "TRG-300 KAPLAN" maksimum 120 km uzaqlıqda olan hədəfləri dəf edə bilir.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/348858.html