Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

 00:00 08.03.2021     77

Bu gün 8 mart Beynəlxalq Qadınlar günüdür.

Publika.az-ın məlumatına görə, ilk dəfə 1857-ci ildə Nyu-Yorkda tikiş fabrikinin qadınları, 12 saatlıq iş gününə etiraz məqsədilə martın 8-də aksiya keçiriblər.

1910-cu ildə Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında alman sosialist qadın Klara Setkin məhz həmin tarixin - 8 martın Dünya Qadınlar Günü kimi qeyd olunması ilə bağlı verdiyi təklif qəbul edilib.

1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. İndi Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, çünki cəmiyyət onlara hörmətlə yanaşır və qiymətləndirir.

Dövlət Qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. İndi Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu, ona münasibət çox ucadır. Qadın hüquqlarının təmin edilməsi sahəsində möhkəm hüquqi baza mövcuddur. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil artır. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdn çıxış edir.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/348859.html