Azərbaycan-Ermənistan sərhədində atışma? – İrəvan

 01:13 08.03.2021     73

Az öncə müxtəlif KİV-də və sosial şəbəkələrdə şimal sərhədində gərginlik yaşandığı, atəş açıldığı, düşmənin böyük hərbi qüvvəsinin bu istiqamətdə cəmləşdiyi bildirilib. Şahidlərə istinadla yayılan məlumatda qeyd edilir ki, guya İcəvan və Şəmsəddin istiqamətində cəbhəyə Azərbaycan və Türkiyənin ağır texnikası cəmlənib, buna görə də Tavuşdakı 3-cü ordu korpusuna həyəcan siqnalı verilib. Yayılan bu informasiyaların heç bir əsası yoxdur.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə dezinformasiya yaymamaq çağırışı edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/543233.html