Slovakiya korona xəstələrini Almaniya və Polşaya göndərir

 01:26 08.03.2021     75

Slovakiya koronavirus xəstələrini Almaniya və Polşaya göndərməyə başlayıb.

Axar.az xəbər verir ki, Slovakiya xəstəxanalarının reanimasiya şöbələrində yer yoxdur. Təkcə ötən sutka ərzində ölkədə 2552 yeni yoluxma halı qeydə alınıb. Hazırda Slovakiyada ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı ən yüksək həddə - 349 nəfərə çatıb. Məhz bu səbəbdən də artıq intensiv terapiya palatalarında boş yer qalmayıb.

İlk iki xəstə şənbə günü Almaniyanın Dortmund klinikasına göndərilib. Bu gün isə bəzi xəstələr Polşanın Qorlitsa şəhərindəki COVID hospitalına yola salınıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/543234.html