Avtomobilindən narkotik tapılan aktrisa həbs olundu

 17:24 08.03.2021     52

Avtomobilindən narkotik maddə tapılan aktrisa Ayşegül Çınar məhkəmə binasına aparılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, polis sənətçinin həbsinə qərar verib. Araşdırmalardan sonra Ayşegül Çınar, keçmiş sevgilisi və dostu Nimet Y. həbsxanaya aparılıb.

Qeyd edək ki, polis axtarış zamanı iki avtomobildə 19 qram narkotik maddə tapıb. Avtomobillərdən birinin aktrisa Ayşegül Çınara aid olduğunu müəyyənləşdirib. Sənətçi və dostu Nimey Y. nəzarətə alınıb. Aktrisa narkotiki keçmiş sevgilisi Furkan Çalıkoğlunun ondan intiqam almaq üçün maşınına atdığını iddia edib.

Polis Furkan Çalıkoğlunu da nəzarətə alıb. Çalıkoğlu keçmiş sevgilisinin ifadəsini qəbul etməyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928998.html