Türkiyəyə qarşı birləşdilər - Fransadan Yunanıstana TƏKLİF

 17:32 08.03.2021     69

Üç böyük müdafiə şirkətindən (“Naval Group”, “Thales”, “MBDA”) ibarət olan “Fransız Komandası” son günlərdə Yunanıstana donanma ehtiyaclarına yönəlik müdafiə və müdaxilə freqatlarını ehtiva edən hərtərəfli yardım təklif edib.

Publika.az-ın məlumatına görə, Fransa Yunanıstanın ən qısa zaman kəsimində optimallaşdırılmış maliyyə ilə ən yaxşı imkanlara sahib olmasını təmin etmək üçün sözügedən yardım paketini təklif verib.

Təklifə əsasən, yunan donanmasının bütün ehtiyaclarının qarşılanması planlaşdırılır. Bununla yanaşı, freqatların müasir döyüş sahəsinin tələblərinə uyğun olaraq bərpası həyata keçiriləcək.

Yunanıstanın Fransadan freqatlarla yanaşı, “Rafael” döyüş təyyarəsi alacağı da gözlənilir. Afinada rəhbərliyinin Türkiyəyə istiqamətli sözügedən həmlələri reallaşdırdığı qeyd edilir.

Akqabay


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/avropa/348915.html