Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldacaq

 17:30 08.03.2021     49

Tailand hökuməti koronavirusa qarşı peyvənd olunduqdan sonra ölkəyə gələn turistlərin karantin müddətini hazırkı 14 gündən 7 günədək azaldacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar verib.

Yeni karantin qaydası, həmçinin son 72 saat ərzində mənfi koronavirus test nəticəsini təqdim edən turistlərə də şamil olunacaq.

Yeni qaydalar aprel ayından tətbiq olunacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928999.html