Ruhi Əliyeva ad gününü Şəhid övladları ilə keçirdi - Video

 18:02 08.03.2021     62

"Liatris Holding"in rəhbəri Ruhi Əliyeva ad gününü şəhid və qazi ailələri ilə birlikdə qeyd edib.

Kult.az xəbər veriri ki, hər zaman şəhid və qazi ailələrinin yanında olan xeyriyyəçi, vətənpərvər xanım R.Əliyevanın ev sahibliyi etdiyi təbdirdə 10 şəhid ailəsinin xanımları bir araya gəlib.

O, Şəhid ailələrinin xanımlarının 8 mart Beynəlxalq Qadınlar gününü təbrik edib və bu günün başqa bir özəlliyi barədə qonaqlara məlumat verib:

“Bu gün mənim üçün həm çətin, həm də təsirli gündür. Çünki burda canımız-qanımız olan, bu Vətən torpaq üçün qurban gedən oğulların əmanətləri -balaları, anaları, bacıları, həyat yoldaşları toplaşıblar. Bilirəm ki, bu xanımları nə qədər sevindirsək də, qəlblərində qəm-qüssə, kədər azalmır. Amma buna baxmayaraq, az da olsa onların könlünü şad eləmək, bütün özəl günlərdə səninləyik, “sən tək deyilsən” demək üçün onları bura dəvət etdik. Bu gün eyni zamanda şəhid Vüqar Sadıqovun gözünün ilki - qız övladı Nərgizin doğum günüdür. Bu münasibətlə şəhid qardaşımızın qızının yanında olmaq, onun körpə qəlbini şad eləmək istədik. Nə xoş ki, həm onu, həm də digər şəhid qardaşlarımızın balaca yadigarlarını sevindirə bildik. Əzizlərimiz, siz şəhid atanızla, qardaşınızla hər zaman fəxr edin. Çünki, şəhidlik zirvəsi çox ucadır. Onların hər biri bizim doğmamızdır. Mən söz vermişdim ki, bu ilin bütün günlərini, hətta öz doğum günümü də sizlərlə birgə qeyd edəcəm. Bu gün həm də mənim doğum günümdür və mən bu günü sizlərin əhatəsində qeyd etməyi özümə mənəvi borc bildim".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/543353.html