Yarıqlı sviterlər sizi mövsümün ən cəlbedici xanımı edəcək - FOTO

 18:17 08.03.2021     55

Artıq qalın sviter geyinib uzun şərflərə bürünməyə gücünüz qalmayıbsa, baharın yaxınlaşdığı bu günlərdə yarıqlı sviterlərə müraciət edə bilərsiniz. Xüsusilə qara, tünd yaşıl və ya boz rənglərdə belə yarıqlar çox cazibədar və cəlbedici görünür.

Publika.az xəbər verir ki, fəşn blogerlər də körpücük sümüklərini gözəl bir şəkildə vurğulayan kəsikli sviterlərə üstünlük verirlər. Ancaq moda evləri yalnız bu tip klassik versiyalarla yanaşı, daha maraqlı modellər də təklif edir. Məsələn, yarıq detalları olan vodolozkalar obrazı zənginləşdirməyin başqa bir yoludur. Aşağı belli cinslərlə onları birləşdirib bu mövsümün ən dəblisi siz ola bilərsiniz.

Bu və digər modellər modapərəstlərin ixtiyarındadır. Ən çox istədiyinizi seçin və yeni nəfəs gətirən baharın bir addımlığında olduğunuz unutmayın.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/deb/348916.html