Azərbaycan AB-dən idxalı artırıb

 18:35 08.03.2021     53

2021-ci ilin yanvarında Avropa Birliyindən (AB) Azərbaycana məhsul idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artaraq 180,35 milyon dollar təşkil edib.

Axar.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycanın ümumi idxalında AB-nin payı 22,9 faizə bərabər olub.

2021-ci ilin yanvarında Azərbaycandan AB-yə ixrac 991,71 milyon dollar təşkil edib. Hesabat dövründə Azərbaycanın ümumi ixracında AB-nin payı 61,07 faizə bərabər olub.

Tərəflər arasında xarici ticarət əməliyyatlrının həcmi 1,172 milyard dollar təşkil edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/iqtisadiyyat/543359.html