İndoneziyada güclü zəlzələ oldu

 18:44 08.03.2021     58

İndoneziyada Sumatra adasının sahillərində 5.5 bal gücündə zəlzələ olub.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Benkulu vilayətinin 158 km cənub-qərbində, yerin 10 km dərinliyində qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/543360.html