Karantin qaydalarını pozdu

 18:44 08.03.2021     60

Aktrisa Defne Samyeli karantin qaydalarını pozub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir dostu ilə görüşən sənətçi maskasız küçədə gəzib. O, eyni zamanda küçəyə çıxma qadağasına əməl etməyib.

Samyeli qapalı bir məkana səhər yeməyinə yollanıb. Jurnalistlərin suallarını cavabsız qoyan aktrisa şəkillərinin çəkilməsinə də etiraz edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/928976.html