Xavi Qətər çempionu oldu

 18:50 08.03.2021     61

Qətər çempionatında mövsümün qalibi məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Barselona"nın keçmiş futbolçusu Xavi Ernandesin çalışdırdığı "Əl Sədd" qızıl medalları qazanıb.

Komanda sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. "Əl Sədd" 18 turdan sonra 50 xalla liderdir və ən yaxın izləyicisi "Əl Duhail"i 13 xal qabaqlayır.

Bu, 2019-cu ilin mayından "Əl Sədd"i çalışdıran Xavinin ilk liqa çempionluğudur. Buna qədər isə Xavinin komandası iki dəfə Vəliəhd, hərəsindən bir dəfə isə Şeyx Yassim Kuboku, Qətər Ulduz Kuboku və Qətər Əmir Kubokunu qazanıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/928966.html