Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru

 22:19 08.03.2021     67

Qlobal pandemiyanın nəticələri bir çox hallarda kişilərdən daha çox qadınlara təsir edib. Bu, xüsusilə məişət zorakılığının artması və reproduktiv sağlamlığın qorunmasına çıxış imkanlarının azalması ilə özünü göstərdib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

ÜST-nin Baş direktoru bildirib: "Bir çox hallarda COVID-19 pandemiyasından qeyri-proporsional olaraq qadınlar zərər görüblər. Qadınlara qarşı zorakılığının dəhşətli dərəcədə artmasının, cinsiyyət və reproduksiya ilə əlaqəli səhiyyə xidmətlərinə çıxışın azalmasının şahidi olduq".

Onun sözlərinə görə, pandemiya dövründə qadınlar kişilərdən daha çox iş yerlərindən məhrum olublar: "Qadınların üzərinə uşaqlara və qocalara qayğı göstərmək baxımından da əlavə yük düşür".

A.Qebreyesus dünyadakı tibb işçilərinin təxminən 70 faizini təşkil edən qadınların "pandemiya şəraitində müalicə və həyatların xilas edilməsində əsas rol oynadığını xatırladıb.

8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə ÜST-nin Baş direktoru səhiyyə sahəsində işləyən qadınlara "sağlamlığı təşviq etmək, dünyanı təhlükəsiz tutmaq və həssas insanlara yardıma görə təşəkkür edib".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/929033.html