ÜST rəhbəri: Qadınlar pandemiyadan daha çox zərər görüb

 22:43 08.03.2021     71

Qlobal pandemiyanın nəticələri bir çox hallarda kişilərdən daha çox qadınlara təsir edib. Bu, xüsusilə məişət zorakılığının artması və reproduktiv sağlamlığın qorunmasına çıxış imkanlarının azalması ilə özünü göstərdib.

Axar.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, pandemiya dövründə qadınlar kişilərdən daha çox iş yerlərindən məhrum olublar:

"Qadınların üzərinə uşaqlara və qocalara qayğı göstərmək baxımından da əlavə yük düşür. Sağlamlığı təşviq etmək, dünyanı təhlükəsiz tutmaq və həssas insanlara yardıma görə qadınlara təşəkkür edirəm".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/543411.html