Həkimə getmədən, immuniteti necə yoxlamalı? - Zəif immun sistemin ƏLAMƏTLƏRİ

 22:50 08.03.2021     69

İmmunitet nədir? Necə yoxlanılır? Zəif, aşağı düşmüş immunitetin əlamətləri hansılardır?

Heç öz immunitetinizə bələdsizmi?

Milli.Az immuniteti həkimsiz də təhlil etməyin yollarını göstərir:

İmmunitet - orqanizmin içəri keçən istənilən yad zülala qarşı mübarizə və əks təsir reaksiyasını işə salan, anadangəlmə insanda olan bir sistemdir.

İmmun sistemin hücum əmri verdiyi hüceyrələr - dalaq, limfatik düyünlər, onurğa sümük iliyi və bağırsaq mikroflorasında yaranır. Qısası immunitetin özəyi bu orqanlardır.

İmmunitetin pozulması aşağıdakı xarakterdə ola bilər:

- İmmundefisitin yaranması
- Ciddi allergik reaksiyalar
- Autoimmun xəstəliklər - immunitet özü öz hüceyrələrinə qarşı hücuma keçir

İnsanda immun çatışmazlığı anadangəlmə və sonradan qazanılma ola bilər.

Məsələn, insan QİÇS yoluxanda, kimyaterapiya və bəzi qan xəstəlikləri zamanı immun defisit ola bilər.

İmmunitet həddən artıq yüksələndə də allergik reaksiyalar baş verir.

Autoimmun xəstəliklər genetik, stresdən, ağır sistem xəstəliklərindən, xroniki infeksiyadan yarana bilir. Hazırda bu kimi xəstəliklər çox yayılıb.

Zəifləmiş immunitetin əlamətləri:

- Tez-tez virus, qrip, zökəm, respirator xəstəliklərə yoluxma - ildə 5-6 dəfə (bu böyük adamlara aiddir)

- Herpesin il ərzində bədənin bir neçə yerində təkrarlanan yayılması

- İldə bir neçə dəfə qarında pozulma, ishal, bağırsaq qripi, titrəmə və intoksikasiyanın baş verməsi

- Dəridə irinli furunkul, yara, sızanaq, follikulun çıxması və gec sağalması

- Xroniki yorğunluq, pis yuxu, iştahsızlıq, saçların, dəri, dırnağın pisləşməsi, əzginlik, qocalma, enerjisizlik, pis əhval-ruhiyyə

- Gün ərzində bədən temperaturunun gah azalıb, gah birdən qalxması, qəfil titrəmə, üşütmə

- Limfatik düyünlərin böyüməsi, qaraciyər, dalağın şişməsi, qarında səbəbsiz ağrılar

Həkimsiz necə yoxlamalı?

- Dərinizə baxın - o ləkəlidir, solğundur, xırda dərialtı qırmızı, qəhvəyi nöqtələr var, qurudur

- Yatandan sonra səhər oyandıqda heç yatmamış kimi hiss, yorğunluq, bədənin gücszlüyü

- Limfartik düyünləri yoxlayın, onlar şişib, bərkdir, ağrılıdır
- Bıçaq kəsiyi, adi yanıq izi, zədə izi 10 gün keçməsinə baxmayaraq hələ də sağalmır

- Hər dəfə qrip olduqdan sonra mütləq bir fəsad, ağırlaşma olur

- Burun axır, gözlər sulanır?

- Yeməklərdən dad ala bilmirsiz, iştahınız yoxdur

- Səbəbi tapılmadan tez-tez allergik reaksiyalar, səpmə, öskürək

Əgər bunlardan ən azı 5-i sizdə varsa, deməli, immun sistem normal çalışmır. Bunun üçün endokrinoloqa və immunoloqa yaxınlaşmalısız ki, müəyyən immunoloji testlərdən keçəsiz.

Çox zaman vitamin mineral əskikliyi və zərərli qida, həyat tərzi immuneti çökdürür. /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/927221.html