Qadınlar DİQQƏT: bu əşyaları mütləq çantanızda saxlayın - FOTO

 23:10 08.03.2021     62

Hər qadının "təcili" vəziyyətlər üçün çantasında saxlamalı olan bir neçə əşya var.

Milli.Az xəbər verir ki, son dəqiqə planlaşdırılmış bir görüş və ya axşam yeməyinə getmək üçün müxtəlif "texniki" problemlər yaşamamaq üçün qadınlar çantasında mütləq 5 əşya saxlamalıdır.

Kiçik ətirlər

Qoxusunu çox sevdiyiniz və etibar etdiyiniz yaxşı bir ətiri çantanızda mütləq saxlayın. Bu ətirin sizə ağırlıq etməməsi üçün kiçik qablaşdırmasına üstünlük verin.

Təraş aləti

Bəzən haqlı olaraq çox əhəmiyyət verilməsə də, təcili vəziyyətlərdə hər qadının müraciət edə biləcəyi əşyalar arasında təraş aləti də var.

Qırmızı dodaq boyası

Makyaj məhsullarınızı hər gün yanınızda gəzdirməyə ehtiyac yoxdur. Hər zaman qırmızı dodaq boyanızın yanınızda olması bir çox şeydə işinizə yarayacaq.

Nəmləndirici krem

Dərinizin canlı, parlaq və nəmli görünməsi üçün yanınızda mütləq güvəndiyiniz nəmləndirici krem saxlayın.

Saça qulluq məhsulu

Saçlarınız bir az mat və sönükdürsə, bütün işıltınız kölgədə qala bilər. Bunun üçün saçlarınıza hərəkət qatacaq saça qulluq məhsulunuzu çantanızda gəzdirin. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/928847.html