"Seksenler"in məşhur aktyoru vəfat etdi

 23:39 08.03.2021     78

Bu gün infarkt keçirən türkiyəli məşhur aktyor Rasim Öztekin dünyasını dəyişib.

Kult.az xəbər verir ki, 62 yaşlı aktyor müalicə aldığı xəstəxanada vəfat edib.

Bununla bağlı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində paylaşım edərək sənətçinin ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, aktyor TRT telekanalında yayımlanan “Seksenler” serialında Fehmi Özdemir obrazı ilə tamaşaçıların yaddaşında qalmağı bacarmışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/543423.html