Türkiyənin tanınmış aktyoru vəfat edib

 23:41 08.03.2021     62

Türkiyənin tanınmış teatr və kino aktyoru Rasim Öztekin 62 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə özünün "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca yazıb.

F.Koca bildirib: "Serial, teatr və kino aktyoru Rasim Öztekin, ürəktutmasından sonra Dr. Siyami Ersek Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanamızda göstərilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirib. Televiziya olan hər evdə ailədən biriydi. Başımız sağ olsun".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/929036.html