Nazir bəyan etdi: Çin nəhəngi İstanbulda sınaqlara başladı

 23:58 08.03.2021     67

Çinin texnologiya nəhəngi "Oppo"nun İstanbul Tuzladakı fabrikində smartfon telefonların sınaq istehsalına başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank məlumat verib.

Nazir qeyd edib ki, zavod tam gücü ilə işə salındıqdan sonra minə yaxın insan işlə təmin olunacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın investorlar üçün ən əlverişli şəraiti yaratmaq üçün səy göstərdiyini deyən Varank ölkəsinə sərmayə qoyan hər kəsin faydalandığını bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/543426.html