Hindistanda dəhşətli yanğın: 7 nəfər öldü

 00:07 09.03.2021     72

Hindistanın Kəlküttə şəhərində ofislərin yerləşdiyi binanın 13 mərtəbəsində baş verən güclü yanğın nəticəsində 7 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Ölənlər arasında yanğınsöndürən, polis, həmçinin binada olan dəmiryol idarəsinin işçisi də var.

Ölənlərdən 5 nəfərin cəsədi liftdə tapılıb.

“7 nəfər həlak olub, 2 nəfər isə itkin sayılır. Faciə ona görə baş verdi ki, yanğın zamanı liftdən istifadə edildi”, - deyə Qərbi Benqaliya ştatının baş naziri Mamata Banerci deyib.

Yanğının nədən qaynaqlandığı araşdırılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/543425.html