Kral ailəsində rasizm: Doğulacaq uşaq qaradərili olsa...

 00:35 09.03.2021     66

Kral ailəsi ətrafında baş verən skandala müdaxilə etməyəcəyəm.

Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Baş naziri Boris Conson deyib.

“Əminəm ki, kral ailəsindən söhbət gedəndə baş nazir heç nə deməməlidir”, - deyə B.Conson bildirib.

Qeyd edək ki, Britaniyalı şahzadə Harrinin həyat yoldaşı Meqan Markl amerikalı jurnalistə mühasibəsində kral ailəsini rasizmdə günahlandırıb.

O bildirib ki, bir müddət əvvəl kral ailəsinin üzvləri (konret olaraq ad çəkilmir – red.) onun gələcək övladının dərisinin rənginə görə narahat idilər. Afroamerikalı M.Marklın sözlərinə görə, kral ailəsi dünyaya gələcək uşağın qaradərili olacağı təqdirdə ona titul və mühafizə verməyəcəklərini bildirmişdi.

Markl hətta hamiləlik dövründə bu söz-söhbətlərdən dolayı intihar həddinə çatdığını da gizlətməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/543431.html