İsveçrədə ən dəhşətli qar uçqunları... - Tarixdə ilk dəfə

 00:46 09.03.2021     76

2020-2021-ci ilin qış mövsümü İsveçrə tarixində ən dəhşətli qar uçqunları ilə qalacaq. Koronavirus pandemiyası ilə əlaqədar dağlarda xizək sürənlərin sayının minimuma düşməsinə baxmayaraq, ekspertlər məhz pandemiyanın ölüm halları ilə əlaqəli olduğunu iddia edirlər.

Axar.az xəbər verir ki, Alp dağlarında dağ-xizək mərkəzləri ilə məşhur olan İsveçrədə hər il qar uçqunları bir neçə insanın həyatına son qoyur. Lakin hələ də baş çatmayan cari mövsümdə qar uçqunları son illərin orta göstəricisindən iki dəfə çox olub və indiyədək 151 uçqun hadisəsi qeydə alınıb. Qar uçqunları nəticəsində 200-dən artıq şəxs qar altında qalıb, onlardan 20 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Ekspertlərin rəyinə görə, bu il uçqunların sayının çox olması ilk növbədə yağan qar və qeyri-sabit səth strukturu ilə bağlıdır. Dekabr-fevral aylarında yağan qar payızda yağmış zəif strukturlu qar təbəqəsinin üzərinə düşüb və yeni qarın üzərində hərəkət edən qış idmançıları zəif bünövrənin sürüşməsi nəticəsində qəzalı vəziyyətlə üzləşiblər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/543433.html