ABŞ-dan husilərin hücumu ilə bağlı açıqlama

 00:56 09.03.2021     74

Husilərin Səudiyyə Ərəbistanının neft təsisatları və hərbi obyektlərinə yönəlik hücumları qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

“Bu hücumlar qəbulediməzdir, regiondakı dinc sakinlərin və amerikalıların da həyatını təhlükəyə atmaqdadır”, - deyə amerikalı rəsmi bildirib.

Psaki bu kimi təhdidlərlə bağlı Səudiyyə ilə yaxından təmasda olduqlarını söyləyib.

Qeyd edək ki, bundan öncə husilər Səudiyyədəki Abxa aeroportunu ballistik raketlə hədəf almışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/543434.html