Geqamyan Tavuşda: Bu kəndlər də Azərbaycanındır - Foto

 01:09 09.03.2021     56

Ermənistan rəsmi şəkildə təkzib etsə də, rus sülhməramlılarının Tavuş bölgəsində olduğunu əks etdirən fotolar yayılıb.

Axar.az xəbər verir ki, dünəndən etibarən erməni mənbələr rus sülhməramlılarının Qazax istiqamətində sərhədin demarkasiya edilməsi prosesində iştirak etmək üçün Tavuş bölgəsinə getdiyi, Qazaxın işğal altında olan 7 kəndinin qaytarılması istiqamətində işlərin həyata keçirildiyi, Barxudarlı kəndinin boşaldılması ilə bağlı xəbərdarlığın edildiyi haqda xəbərlər yayır.

Bu gün Tavuşda olan erməni türkoloq Varuzan Geqamyan yazır:

- Bölgədə vəziyyət birmənalı deyil, əhalinin anlamadığı proseslərin getdiyi dəqiqdir;

- Sakinlərin çoxu hakimiyyətin apardığı təbliğat tezisini irəli sürür: “Artsax” – Qarabağ da, bu torpaqlar da Azərbaycana məxsusdur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/543439.html