Bəşər Əsədin öldüyü xəbəri yayıldı, ancaq...

 01:18 09.03.2021     68

Suriya Prezidenti Bəşər Əsədin öldüyü iddia edilib.

Axar.az xəbər verir ki, bu iddia suriyalı jurnalist Şadi Halvaçının Teleqram hesabından yayılıb.

Bildirilib ki, Əsəd koronavirusa yoluxduqdan sonra xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilib və oradaca ölüb. Onun cəsədinin Dəməşqdəki xəstəxanalardan birində saxlanıldığı deyilib. Ancaq sonradan sözügedən xəbəri yayan hesabın saxta olduğu məlum olub.

Qeyd edək ki, ötən gün Bəşər Əsəd və xanımı koronavirusa yoluxub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/543438.html